Randevu da, canlı növbə də — bir təqvimdə
yazil.az bərbər, gözəllik salonu, klinika, diş, avtoservis və məsləhət üçün rezervasiya sistemidir. Müştəri saatı seçir, siz işinizi görürsünüz.
Bank kartı tələb olunmur · pulsuz planda da marketplace-də görünürsünüz · yeni biznesə ilk 3 ay komissiyasız

Bir alət — gündəlik işin üç tərəfi
Vaxtınızı idarə edin, müştəri qazanın, pulun hesabını itirməyin.
- Gün və həftə görünüşü, hər usta üçün ayrı sütun
- Blokları sürükləyərək vaxtı dəyişmək
- İş qrafiki, istirahət günləri və məzuniyyət
- Kabinet, kreslo, lift kimi resursların bronu
- Filial, işçi, rol və icazə idarəsi
- Marketplace-də vaxta görə axtarışda görünmək
- Hər biznes, filial və usta üçün ayrıca bron linki
- Çap edilə bilən QR — qapıya, güzgüyə, vizitə
- Yalnız xidməti almış müştərinin yazdığı rəylər
- Müştəri kartotekası hər brondan avtomatik dolur
- Nağd kassa jurnalı və gün sonu bağlanışı
- Paket satışı və seansların sərfi
- Usta komissiyası və kreslo kirayəsi hesabatı
- Dövriyyə, doluluq, gəlməmə faizi və top xidmətlər
- Ödəniş məcburi deyil — kassanı doldurmasanız da iş dayanmır
Günün işi necə gedir
Qeydiyyatdan sonra ilk gündən istifadə etdiyiniz ekranlar.
Bir təqvim — bütün gün göz önündə
Randevu, canlı növbədən oturan müştəri, nahar fasiləsi və bağlı vaxt eyni vaxt xəttindədir. Ona görə də «iki müştəri bir kresloya» vəziyyəti yaranmır.
- Gün və həftə görünüşü; hər usta öz sütununda
- Bloku sürükləyib vaxtı dəyişmək, yeni randevunu paneldən yazmaq
- İkiqat bron bazanın özündə bağlıdır — kod səhv etsə də ikinci bron keçmir
- Ləğv olunan vaxt dərhal yenidən satışa çıxır


Bron linki və QR — sizin vitrininiz
Bir link: Instagram bio-suna qoyun, DM-də göndərin, QR-ı çap edib qapıya yapışdırın. Bu səhifədə platformanın menyusu yoxdur — müştəri yalnız sizi görür.
- Biznes, filial və hər usta üçün ayrı link və QR
- Xidmətin yanında həm randevu, həm canlı növbə qiyməti
- Qeydiyyatsız bron: müştəri hesab açmağa məcbur deyil
- Marketplace-də də görünürsünüz — pulsuz planda da
Müştəri kartotekası özü dolur
«Kartotekanı doldur» tapşırığını heç kim yerinə yetirmir. Ona görə kart hər brondan avtomatik açılır — ay sonunda hazır siyahınız olur.
- Gəliş sayı, son gəliş, cəmi xərc və gəlməmə sayı bir kartda
- Öz qeydiniz və etiketləriniz («rəng formulu», «VIP»)
- Sizin yazdığınız ad brondan gələn məlumatla silinmir
- Kartoteka yalnız sizindir — başqa salon onu görmür
- Mövcud siyahını fayldan idxal etmək (təkrarlar avtomatik birləşir)

Müştəri əvvəlcə vaxtı seçir, sonra sizi tapır
Adi sistemlərdə müştəri əvvəlcə biznesi seçir, sonra boş saat axtarır. Bizdə əksinədir: tarix və dəqiq saat yazılır, nəticədə yalnız həmin saatda xidmətin TAM müddətini yerləşdirə bilən ustalar görünür.

Saat seçilir — cavab dəqiq olur
Nəticədə göstərilən hər sətir real boş vaxtdır: usta qrafiki, bufer və resurs artıq yoxlanılıb.
- İstənilən saat səssizcə əvəz edilmir — yaxın vaxtlar ayrıca sətirdə təklif olunur
- Saat, usta qrafiki, bufer və resurs — hamısı yoxlanılır; «gəlin, baxarıq» yoxdur
- Axşam 19:00-da boş olan yeganə usta sizsinizsə, müştəri məhz sizi görür
- Nəticələr ən tez, ən yaxın, ən ucuz və reytinqə görə sıralanır
Randevu və canlı növbə — bir vaxt xəttində
Hər xidmət üçün rejimi siz seçirsiniz: yalnız randevu, yalnız canlı növbə, yaxud hər ikisi. Hər rejimin öz qiyməti ola bilər — canlı növbə daha ucuz olsun deyirsinizsə, olur.
Növbə randevunu pozmur
İki axın eyni vaxt xəttini paylaşdığı üçün «gəldi-getdi» müştəri randevu sahibinin saatını yeyə bilmir.
- Canlı növbədən kresloya oturan müştəri təqvimdə də vaxtı tutur — toqquşma olmur
- Növbəti randevuya çatmayacaq çağırış dayandırılır: «randevuya 15 dəqiqə qalıb»
- Operator «hər halda çağır» deyə bilər — onda blok qalan boş vaxta sığdırılır
- Gözləmə müddəti dürüstdür: randevulara ayrılmış saatlar hesablamaya daxildir
- Divara asılan canlı lövhə: növbə və bugünkü randevular yan-yana

Sahənizə uyğun qurulur
Hər sahənin öz xidmət şablonları, öz resursları və öz sözləri var — dişçidə «usta», bərbərdə «həkim» deyilmir.
Sadə qiymət
Pulsuz başlayın; ödənişli plan lazım olanda 10 ₼-dən başlayır. Gizli xərc yoxdur.
Təkbaşına işləyirsiniz və sadəcə onlayn bron istəyirsiniz.
- 1 usta
- Limitsiz randevu və canlı növbə
- Bron linki və QR kod
- Marketplace-də görünmə
- Tətbiqdaxili bildiriş və xatırlatma
Müştərinizi tanımaq və günün pulunu saymaq istəyirsiniz.
- Pulsuz plandakı hər şey
- Müştəri kartotekası: qeyd, etiket, tarixçə
- Rəylər və rəyə cavab
- Nağd kassa və gün sonu bağlanışı
- Paket satışı (məs. «5 saç kəsimi»)
Bir neçə usta, bir neçə filial, hər kəsin öz payı.
- Usta plandakı hər şey
- Usta komissiyası və kreslo kirayəsi hesabatı
- Çoxfilial idarəsi
- Rollar: sahibkar, menecer, operator, qəbul
- Usta üzrə qazanc və doluluq hesabatı
Tez-tez verilən suallar
Başlamaq üçün nə lazımdır?
Telefon nömrəsi. Qeydiyyatda nömrəyə kod gəlir, sonra xidmətlərinizi və iş qrafikinizi yazırsınız — bundan sonra bron linkiniz hazırdır. Bank kartı tələb olunmur.
Müştərilərimə SMS gedir?
Hələ yox — SMS və WhatsApp provayderi qoşulmayıb. Bildiriş mühərriki hazırdır və xatırlatmaları planlayır, amma hazırda onlar tətbiqdaxili bildiriş kimi görünür. Təsdiq isə bron anında ekranda və linkdə göstərilir. Kanal qoşulan gün tarifdəki WhatsApp kvotası işə düşəcək — bunu sizdən gizlətmirik.
Randevu və canlı növbəni eyni anda işlətmək olar?
Bəli, bu bizim əsas fərqimizdir. Hər xidmət üçün rejimi ayrıca seçirsiniz və hər rejimə ayrı qiymət qoya bilərsiniz. Hər iki axın eyni vaxt xəttini paylaşdığı üçün canlı növbədən oturan müştəri randevu sahibinin saatını yeyə bilmir.
Müştəri gəlmirsə nə olur?
Depozit tələb etmirik. Əvəzində etibar reytinqi var: son 90 gündə iki gəlməmə həmin müştərinin yeni bronunu sizin təsdiqinizə göndərir, üç gəlməmə isə onu yalnız sizin biznesinizdə bloklayır. Qərar sizindir — bloku istədiyiniz vaxt götürürsünüz.
Məlumatlarım kimə aiddir?
Müştəri kartotekası, qeydlər və kassa yalnız sizin təşkilatınızındır. Eyni nömrə üç salonda üç ayrı kartdır və salonlar bir-birinin qeydini görmür.
Köhnə müştəri siyahımı gətirə bilərəm?
Bəli. Ad və telefon siyahısını idxal edirsiniz; təkrar nömrələr həm fayl daxilində, həm də bazadakı kartlarla tutuşdurularaq birləşdirilir, ona görə eyni adam iki kart açmır.
Bu gün qurun, sabah ilk bronu alın
Qeydiyyat bir neçə dəqiqədir: xidmətlərinizi seçin, iş saatınızı yazın, linki paylaşın.
Bank kartı tələb olunmur. Qeydiyyatdan sonra bron linkiniz dərhal hazırdır.